Türkiyə müdafiə sənayesindən 1 262 mln. dollarlıq ixracat

Türkiyə müdafiə sənayesi 2012-ci ildə 1 mlrd. 262 mln. ABŞ dolları dəyərində ixracat gerçəkləşdirib. Bu barədə “AzeriDefence” Türkiyə Müdafiə və Havaçılıq Sənayesi İxracatçıları Birliyinə istinadən məlumat verib.

Ötən il müdafiə təyinatlı məmulatların ixracatında 43% artım olub.

İxracatda birinci üç yeri ABŞ (490 mln. dollar – 43% artım), BƏƏ (101 mln. dollar – 68% artım) və Səudiyyə Ərəbistanı (99 mln. dollar – 9% azalma) tutub.

Türkiyə hesabat ilində postsovet ölkələrinə də müdafiə təyinatlı məhsulların ixracatını gerçəkləşdirib. Bu dövrdə siyahıda Türkmənistan 14 mln. dollar ixracatla 11-ci, Rusiya 13 mln. dollarla 13-cü, Qazaxıstan 13 mln. dollarla 14-cü yerdə qərarlaşıb.

Ötən il ixracatda əsas yeri təyyarə və helikopterlərin digər hissələri (287 mln. dollar), digər nəqliyyat vasitələri üçün turbojetlər və turbopropellerlərə Aid ehtiyat hissələr və detallar (218 mln.dollar) tanklar, döyüş maşınları və zirehli nəqliyyat vasitələri (106 mln. dollar) tutub.

KATEQORIYA:
Bu xəbəri paylaş