Türkiyə müdafiə sənayesinin Azərbaycana ixracatı azalıb

Cari ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycana 2 149.59 min ABŞ dolları dəyərində müdafiə sənayesi məhsulları ixrac edib.

Bu barədə “AzeriDefence” Türkiyə İxracatçılar Məclisinin hesabatına istinadən məlumat verib.

Cari ilin 7 ayında 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə Türkiyənin Azərbaycana müdafiə sənayesi məhsullarının ixracında 91.03% azalma baç verib.

Hesabata görə, 2015-ci ilin ilk 7 ayında Türkiyə müdafiə sənayesi sektorunun ixracatı 828 milyon 738 min ABŞ dolları təşkil edib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə sektorun ixracatə 13% azalıb.

KATEQORIYA:
Bu xəbəri paylaş