Türkiyə nümayəndə heyəti ANAMA-da olub

Türkiyənin “Akademi Sancak” şirkətinin idarə heyətinin sədri, ehtiyatda olan general-mayor Ahmet Can Çevikin rəhbərlik etdiyi heyət ANAMA-da səfərdə olub.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.
Agentliyin təcrübələri ilə yaxından tanış olmaq və təlim imkanlarını öyrənmək məqsədi və qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti ANAMA-nın Horadiz regional Bazası və Göygöl Beynəlxalq Təlim Mərkəzi ilə tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş