Türkiyə polisi ASELSAN-ın bomba götürən robotlarını seçir

Türkiyə polisi ASELSAN tərəfindən istehsal edilmiş uzaqdan idarə edilən bomba götürən robotlarla təchiz olunacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.

Əmniyyət Baş İdarəsinin bu məqsədlə açdığı tenderi 750 min lirə təkliflə ASELSAN qazanıb. ASELSAN-ın “Ak-Er” adlanan robotları tələ minalara və uzaqdan komandalı partlayıcılara müdaxilə edəcək. Bu robotlar Diyarbəkir, Hakkari, Şırnak, Ankara və İstanbulda istifadə olunacaq. Qarşıdakı dövrdə yeni robotların alışı planlanır.

Robotlar düz asfalt yolda saatda 6 km sürətlə hərəkət edir. Hər biri 170 kilo ağırlığında olan robotlar paletləri sayəsində 30 dərəcə maili ərazilərə enə, düz ya da yumru kənarları olan pilləkənlərlə enməyi və çıxmağı bacarır. Robotun 30 santimetr uzunluqdakı qolu ən azı 12 kilo ağırlığındakı şübhəli yükləri qaldıra bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş