Türkiyə PUA istehsalında 20 illik yol xəritəsini açıqladı

Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) pilotsuz uçuş aparatlarının (PUA) istehsalında 2011-2030-cu illər üzrə Yol Xəritəsini açıqlayıb. “AzeriDefence”nin məlumatına görə, sənəddə PUA istehsalı sahəsində həyata keçiriləcək tədbirlər sadalanıb.

Sənədə əsasən bu ildən başlayaraq periodik şəkildə PUA seminarları təşkil olunacaq. Bu il “Anka”nın seriyalı istehsalına başlanacaq, həmçinin Hədəf Təyyarə (Drone) layihəsi başlayacaq. 2013-cü ildə Gəmidə bazalaşdırılmış PUA layihəsi üçün təkliflərin qəbulu elan ediləcək. Bundan başqa, qarşıdakı 20 il ərzində rabitə yayımlarını dinləyərək siqnal analizləri aparan, həmçinin düşmən radarlarına qarşı dalğalar yayaraq radarların fəaliyyətinə mane olan PUA-lar istehsal ediləcək. Bundan başqa, GPS ilə istifadə olunan raket və silahları yayındıran PUA-ların istehsalı hədəflənir.

Yol xəritəsinə əsasən 2030-cu ilə qədər milli imkanlar hesabına Türk İnsansız Savaş Təyyarəsinin (TİSU) yaradılması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş