Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycanda iki medalla təltif olundu

İyulun 3-də ölkəmizdə səfərdə olan Türkiyə quru qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

General H. Kıvrıkoğlu əvvəlcə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Nazir S. Əbiyev H. Kıvrıkoğlunun Azərbaycana gəlişini məmnunluq hissi ilə qeyd edərək bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhvələrə görə ordu generalı Hayrı Kıvrıkoğlu “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” və Azərbaycan Silahlı Qüvvələrinin “95 illik yubiley” medalları ilə təltif olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş