Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinə yeni komandan təyin olunub

Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinə yeni komandan təyin edilib. “AzeriDefence”nin məlumatına görə, təyinat Yüksək Hərbi Şuranın (YAŞ) qərarı ilə olub.

Qərara əsasən Milli Hərbi Təmsil Heyətinin sədri, vitse admiral Hasan Uşaklıoğlu Sahil Təhlükəsizlik Qüvvələri komandanı vəzifəsinəə təyinat alıb.

Qeyd edək ki, hazırda Sahil Təhlükəsizlik Qüvvələrinə vitse admiral Sərdar Dülgər komandanlıq edir.

KATEQORIYA:
Bu xəbəri paylaş