Türkiyə Silahlı Qüvvələrinin yeni rəhbərliyi bəlli oldu

Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi seçilib.

“AzeriDefence”nin məlumatına görə, Yüksək Hərbi Şuranın (YAŞ) qəbul etdiyi qərara əsasən növbəti dövr üçün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına indiyədək Quru Qoşunlarının komandanı vəzifəsini tutmuş ordu generalı Hulusi Akar rəhbərlik edəcək.

Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl isə əməkliyə ayrılıb.

YAŞ qərarı ilə 1-ci Ordu komandanı, ordu general Salih Zəki Çolak Quru Qoşunları komandanı, Döyüş Aviasiyası və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, ordu general Abidin Ünal Hərbi Hava Qüvvələri komandanı, Ege Ordusu komandanı, ordu general Qalip Mendi Jandarma Baş Komandanı, 3-cü Ordu komandanı, ordu general Ümit Dündar 1-ci Ordu komandanı, Hərbi Akademiyalar komandanı, ordu general Abdullah Rəcəp Ege Ordu komandanı, Kipr Türk Sülhyaratma Qüvvələrinin komandanı, general-polkovnik İsmail Sərdar Savaş 3-cü Ordu komandanı təyin olunub. Hərbi Dəniz Qüvvələrinin komandanı, ordu admiralı Bülənt Bostanoğlu isə vəzifəsində qalıb.

KATEQORIYA:
Bu xəbəri paylaş