Türkiyə Suriyanı Fırtına ilə vurub

Türkiyə Suriya ərazisinin bombalanmasında yerli istehsal olan T-155 Fırtına özüyeriyən haubitsalardan istifadə edib. Bu barədə “AzeriDefence” Türkiyə saytlarına istinadən məlumat verib.

Artilleriya atəşindən sonra Suriya Ordusu geri çəkilməli olub. Baş Qərargah və MİT-in məlumatına görə, Tel Abyad bölgəsində yüksəklikdə yerləşdirilmiş hərbi hissədə 300-ə yaxın Suriya əsgəri olub.

Suriya Ordusunun yerləşdiyi hədəflərin müəyyən edilməsində Türkiyə Quru Qoşunları AN/TPQ-36 FireFinder və COBRA tipli artilleriya təsbiti radarlarından istifadə edib.

Qeyd edək ki, 5 heyətə malik Fırtınanın uzunluğu 12 metr, eni 3,5 metr, çəkisi 47 ton, sürəti 66 km/saatdır. Türkiyə Silahlı Qüvvələrinin inventarında olan Fırtınalar MTU-881 KA 500 dizel mühərriki ilə təchiz edilib. Sistemin silahlanmasına 155 mm-lik L-52 topu və 12.7 mm çaplı pulemyot daxildir. Haubitsanın atış-kontrol sistemi ASELSAN tərəfindən hazırlanıb. Artilleriya sistemi 40 km məsafədəki hədəflərə qarşı effektiv tətbiq edilə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş