Türkiyə “xəyalət təyyarələri” sifariş verir

Türkiyə Silahlı Qüvvələri üçün ilk 2 ədəd F-35 təyyarəsinin sifariş verilməsi barədə qərar qəbul edilib. “AzeriDefence”nin Türkiyə Müdafiə Sənayesi Katibliyinə (SSM) istinadən verdiyi məlumata görə, bununla bağlı qərar Müdafiə Sənayesi İcra Komitəsinin mayın 6-da keçirilən iclasında qəbul olunub.

İclasda Türkiyə müdafiə sənayesi şirkətlərinin də iştirak etdiyi F-35 Birgə Hücum Təyyarəsi (Joint Strike Fighter – JSF) layihəsində son durum dəyərləndirilib. İki ədəd F-35A təyyarəsinin sifarişinin, Blok-3F konfiqurasiyasına sahib olacaq şəkildə LRİP-10 (Low Rate Initial Production) çərçivəsində verilməsi SSM-ə tapşırılıb.

SSM ayrıca olaraq, F135 motoru ilə bağlı Türkiyədə yerli sənaye və Hava Qüvvələri Komandanlığı nəzdində motorun yığılması və texniki qulluğunu həyata keçirən müəssisənin qurulması barədə tapşırıq verilib.

Qeyd edək ki, JSF layihəsi çərçivəsində Türkiyə ümumilikdə 100 ədəd F-35A təyyarəsi almağı planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş