Türkiyədə ANKA tipli PUA düşdü

TAİ firması tərəfindən istehsal edilmiş bir ədəd ANKA tipli pilotsuz uçuş aparatı (PUA) test uçuşları zamanı düşüb. Bu barədə “AzeriDefence” Türkiyə mətbuatına istinadən məlumat verib.

Hadisə sentyabrın 28-də Sivrihisar bölgəsində baş verib. 3300 metr yüksəklikdə əlaqə kəsilən ANKA boş sahəyə düşüb.

TAİ firmasının yaydığı açıqlamada qeyd olunub ki, ilk uçuşunu 2010-cu ilin dekabrında reallaşdıran ANKA-nın qəbul testlərinə sentyabrın 24-də başlanıb. Hazırda qəzanın səbəbləri təsbit edilir. Qəbul testləri digər hava vasitələri ilə davam ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş