Türkiyə “Atmaca” raketin gəmi üzərində sınaqlarına hazırlaşır

Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) “Atmaca” gəmi əleyhinə raketin sınaqlarını keçirib.

“AzeriDefence”nin “c4defence” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Dəniz Texniki Komandanı, kontr-admiral Əhməd Çakır dəniz sistemləri seminarında, dəniz platformaları haqqında çıxışı zamanı bildirib.

Kontr-admiral ROKETSAN şirkəti tərəfindən milli imkanlar hesabına yaradılan “Atmaca”nın Türkiyə HDQ-nin invertarında yer alan Amerikanın “Harpoon” raketini əvəz edəcəyini vurğulayıb.

Atmaca layihəsinin bu günə qədər gizli sağlandığını bəyan edən Ə.Çakır qeyd edib ki, yaxın gələcəkdə “Atmaca” raketi gəmi üzərində test ediləcək.

Qeyd edək ki, “Atmaca” gəmi əleyhinə raketin yaradılmasına Türkiyə Hərbi Dəniz Qüvvələrləri tələbləri üzrə 2005-ci ildə ROKETSAN şirkəti tərəfindən başlanılıb. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini isə ASELSAN şirkəti hazırlayıb. Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib.

Xarici görünüşcə “Atmaca” Amerikanın “Harpoon” raketinə bənzəyir. “Atmaca” gəmi əleyhinə raketin atış uzaqlığı 200 km, çəkisi 800 kq-dır. “Harpoon” raketinin isə atış mənzili 140 km, ağırlığı 691 kq təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş