Türkiyə Avstraliyadan antidron sistemi alıb

Türkiyə Avstraliyanın “DroneShield” şirkətindən akustik antidron sistemləri alıb.

Bu barədə “AzeriDefence”yə “DroneShield” şirkətindən məlumat verilib.

Sistemin satın alınması və qurulması müqaviləsinin dəyəri 150 000 Astraliya dolları (108 000 USD) təşkil edir. Bu sistemin Nazirlər Kabinetinin mühafizəsində tətbiqi nəzərdə tutulur.

Türkiyənin satın aldığı sensorlar mini və mikro dronları 30 dərəcə yüksəklik bucaq altında 1 km məsafədən aşkarlaya və təhlükə barədə xəbərdarlıq edə bilir. Əks tədbir sistemi 150 metr məsafədən dronun zərərsizləşdirilməsini təmin edir.

Qeyd edək ki, “Daily Telegraph” nəşri ötən həftə Avstraliyada saxlanılan İŞİD üzvünün verdiyi ifadədə İŞİD-in bəzi ölkələrdə partlayıcı yüklü dronlarla uzaq məsafədən terror hücumları təşkil etməyi planlaşdırdığını yazıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş