Türkiyə betondələn aviabombaların seriyalı stehsalına başlayır

Türkiyə dəmir-beton sığınacaqları məhv etmək üçün nəzərdə tutulan nüfuz edici bombann (NEB) seriyalı istehsalına başlayıb.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Aviasiya bombası Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) tərəfindən istehsal olunur.

Bomba yüksək dəlmə qabiliyyəti, əvvəlcədən proqramlaşdırılan başlığın işə düşməsi nəticəsində ikinci hədəflərə qarşı yüksək fəallığı, atəş vaxtının proqramlaşdırılması, fərqli hədəf tiplərinə qarşı istifadə olunma kimi mühüm xüsusiyyətlərə sahibdir.

NEB həssas yönləndirmə başlığı və GBU-10EB lazer yönləndirmə başlığıyla komplektləşdirilə bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş