Türkiyə “Black Hawk” helikopterlərinin istehsalına başlayır

Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkəti (TAI) başda olmaqla 6 şirkət və ABŞ-ın “Sikorsky Aircraft” şirkəti arasında müqavilə imzalanıb.

Bu barədə “AzəriDefence”yə TAI şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin Çoxməqsədli Helikopter proqramı çərçivəsində imzalanan müqavilənin dəyəri 3.5 milyard dollar təşkil edir.

Proqram çərçivəsində 10 il ərzində Türkiyənin TAI şirkəti tərəfindən 109 ədəd T-70 “Black Hawk” çoxməqsədli helekopter istehsal ediləcək.

TAI müəssisələrində çoxməqsədli helekopterin kabinə, kokpit, quyruq konusu, üfüqi və şaquli quyruq, baş və quyruq rotor qoşquları kimi mühüm struktur hissələrin istehsalı həyata keçiriləcək. TAI helekopterin yekun montaj əməliyyatlarını, testlərini və inteqrasiya maddi-texniki dəstəyini də icra edəcək. Bundan başqa, TAI T-70 helikopteri üçün T-700 mühərrikini istehsal edəcək.

T-70-in əsas aviyonikasının və kabinasının yaradılmasını (IMAS) “Sikorsky Aircraft” ilə birlikdə ASELSAN, eniş komandaları, detal və dinamik parçalarının istehsal və montajını isə “Alp Havaçılık” şirkəti həyata keçirəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş