Türkiyə Çindən FD-2000 hava hücumundan müdafiə sisteminin alınmasına dair tenderin nəticələrini ləğv edib

Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi Çindən uzun mənzilli hava hücumundan müdafiə sisteminin satın alınmasına dair 4 milyard dollarlıq tenderi ləğv edib.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Məlumata görə, Çin şirkəti ilə davam edən görüşmələrdə yaranmış texnologiya transferi ilə bağlı problemlər buna səbəb olub.

Digər səbəb isə Çin raket sistemlərinin NATO-nun radarlarına inteqrasiya oluna bilməməsidir. Belə olan təqdirdə raket batareyaları yalnız qurulduğu yeri müdafiə edə biləcək və lokal sistem olacaq.

Qeyd edək ki, Türkiyənin elan etdiyi tenderdə Çinin CPMIEC şirkətinin FD-2000 zenit-raket kompleksi “Eurosam” İtaliya-Fransa birgə müəssisəsinin SAMP-T, ABŞ-ın “Raytheon” şirkətinin “Patriot PAC-3”, Rusiyanın S-400 sistemləri ilə mübarizə apararaq qalib olmuşdu.

KATEQORIYA:
Bu xəbəri paylaş