Türkiyə dördüncü A-400M təyyarəsini alıb
İspaniyanın “Airbus Military” şirkətinin Türkiyə Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi A-400M hərbi nəqliyyat təyyarələrinin sifarişçiyə təhvil verilməsi davam etdirilir.
“AzeriDefence”in xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin 4-cü A-400M təyyarəsini təhvil alıdığı barədə məlumat yayıb.
Müqaviləyə əsasən “Airbus Military” şirkəti Türkiyə Hərbi Hava Qüvvələri üçün 10 ədəd A-400M hərbi nəqliyyat təyyarə istehsal edəcək.
5-ci təyyarənin 2017-ci il ərzində, toplam olaraq isə 10 ədəd təyyarənin 2019-cu ilin sonuna qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılır.
Dörd mühərrikə sahib A-400M hərbi nəqliyyat təyyarəsinin maksimum qalxma çəkisi 141 ton təşkil edir. Təyyarə 116 tam təchizatlı desant, 66 xərək və 25 sanitar personal və 37 000 kq yük daşıma qabiliyyətinə malikdir.