Türkiyə ən böyük hərbi gəmisinin tikintisinə başlayıb – FOTO

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) ən böyük hərbi gəmisi olacaq “TCG Anadolu”nun inşasına başlanılıb.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, gəminin inşası Müdafiə Sənayesi Katibliyinin sifarişi ilə İstanbuldakı “Sədəf” gəmiqayırma müəssisəsində aparılır.

“TCG Anadolu” döyüş gəmisinin uzunluğu 225, eni 32 metr olacaq. Gəminin ümumi çəkisinin isə 28 min ton olacağı bildirilib.

Gəminin özünün şəxsi heyəti 700 nəfərdən ibarət olacaq. Ümumilikdə isə “TCG Anadolu” 1400 nəfərdən ibarət hərbi bölməni daşımaq imkanına malikdir.

Bundan başqa gəmidə helikopterlərin, döyüş təyyarələrinin və digər hava vasitələrinin dislokasiyası, həmçinin eniş-qalxış prosesi də reallaşdırıla biləcək.

Gəmi göyərtəsində 8 ədəd döyüş helikopterini daşıyacaq. “TCG Anadolu”nun Egey, Qara və Ağ dənizlərdə, lazım gələrsə Hind və Atlantik okeanlarında üzə bilməsi mümkün olacaq.

Gəmidə hərbi hospitalın da yaradılması nəzərdə tutulub.

“TCG Anadolu”nin 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin  sıralarına girməsi planlaşdırılır.

Məlumatda o da qeyd edilib ki, gemi 20-21 knot (37-39 kilometr/saatda) sürətə sahib olacaq. Bundan başqa gəminin göyərtəsində 4 ədəd əraziyə çıxarma (LCM), 2 ədəd hava yastıqlı çığarma (LCAC), 2 ədəd şəxsi heyyəti çıxarma (LCVP) nəqliyyat vasitələri, o cümlədən 13 tank, 27 ədəd müxtəlif tipli amfibia-zirehli nəqliyyat vasitəsi (AAV), 6 ədəd piyadanın döyüş maşını və 33 ədəd digər nəqliyyat vasitəsi daşına biləcək.

Gəmidə eyni zamanda 16 knot küləkdə yükləmə və boşaltma, 27 knot güclü küləkdə isə helikopter əməliyyatlarının yerinə yetirilməsini də həyata keçirmək mümkün olacaq.

Gəminin özəlliklərindən biri də, burada şəxsi heyyət, helikopter və digər nəqliyyat vasitələrinin göyərtəyə çıxarılması üçün liftin olmasıdır.

Qeyd edək ki, “TCG Anadolu” gəmisinin silah sistemlərini yerli şirkətlər olan HAVELSAN və ASELSAN quracaq.

568a194a18c773300cdd987a

 

KATEQORIYA:
Bu xəbəri paylaş