Türkiyə HDQ Xəzər dənizində keçirilən “Dəniz Kuboku” yarışına qatıla bilər

Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıdakı illərdə Beynəlxalq Ordu Oyunları çərçivəsində Xəzər dənizində keçirilən “Dəniz Kuboku” yarışlarına qatıla bilər.

“AzeriDefence”nin məlumatına görə, Türkiyə tərəfi yarışda iştirakda maraqlı olduğunu açıqlayıb.

Qeyd edək ki, “Dəniz Kuboku” yarışında Rusiya, Azərbaycan, Qazaxıstan və İran HDQ-nin gəmiləri iştirak edib. Türkiyə gəmiləri yarışa qatılmaq üçün Rusiya ərazisindən – Vola-Don kanalından istifadə etməklə Xəzər dənizinə keçməlidirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş