Türkiyə HHQ-da ATAK helikopterlərinin sayı artırılır

Türkiyənin TAİ şirkəti tərəfindən istehsal edilən 19-cu T-129 ATAK helikopteri silahlı qüvvələrin invertarına daxil edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə TAİ şirkəti rəsmi “twitter” səhifəsində bildirib.

TAI və İtaliyanın “Agusta Westland” şirkətinin birgə istehsal etdiyi bu helikopter italyan platformasının üzərində, türk sistemləri, silahları istifadə edilərək yaradılıb.

Helikopterin 42 fərqli avionika və silah sistemi Türkiyə şirkətləri tərəfindən istehsal olunur. 2007-ci ilin sentyabr ayında Müdafiə Sənayesi Katibliyi (SSM) ilə TAI arasında imzalanmış müqavilə çərçivəsində Quru Qoşunlarının ehtiyac duyduğu hücum və kəşfiyyat təyinatlı 50 ədəd T-129 ATAK helikopterinin tədarükü planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş