Türkiyə milli imkanlar hesabına 6 ədəd dənizaltının tikintisinə başlayacaq

Türkiyə Hərbi Dəniz Qüvvələri 6 ədəd milli dənizaltı gəminin tikintisinə hazırlaşır.

Bu barədə “AzəriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

“Gölcük” tərsanəsində tikiləcək dənizaltılardan ilk 4 ədədinin 2020-ci ildə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Yeni tikiləcək dənizaltıların HDQ-nin sıralarında olan 14 dənizaltı gəmidən ən fərqli üstünlüyü 15 gün dəniz altında öz ehtiyaclarını təmin edə bilməsidir.

Uzunluğu 66.3 metr təşkil edən gəminin su üzərində olan hissəsi 1854 ton, su altında qalan hissəsi isə 2013 ton olacaq.

Müdafiə sənayesi katibi İsmail Dəmir bildirib ki, dənizaltı gəminin bateriya sistemi, motoru və generatorunun da yerli istehsal olması üçün işlər görülür.

KATEQORIYA:
Bu xəbəri paylaş