Türkiyə MPT-76 avtomatının seriyalı istehsalına başlayıb – FOTO

Türkiyənin Milli Piyada Tüfəngi – MPT-76-nın seriyalı istehsalına başlanılıb.

“AzəriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, Türkiyənin Makina Kimya Sənayesi (MKEK) şirkəti tərəfindən yaradılan silah bütünlüklə yerli imkanlar hesabına hazırlanıb.

7.62×51 mm çaplı avtomatın çəkisi 4.3 kq, boyu 88 sm, darağının tutumu 20 patron və effektiv atış məsafəsi 600 metrdir.

MPT-76-nın atış tempi dəqiqədə 700 patrondur. Güllənin surəti saniyədə 800 metrdir. Silahın yığılıb açılan ayağı eyni zamanda əl dəstəyi vəzifəsini icra edir.

MPT-76 aksesuarları ilə birlikdə 413 hissədən ibarətdir.

Lüləsinin uzunluğu 406 mm olan MPT-76-nın üzərindəki pikatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. cihazlar əlavə etməyə imkan verir.

600x700_bonus-RASTER

KATEQORIYA:
Bu xəbəri paylaş