Türkiyə müdafiə sənayesi ADEX-2016 sərgisində geniş təmsil olunacaq

Türkiyə müdafiə sənayesi ADEX-2016 sərgisində geniş qatılımla təmsil olunacaq.

Bu barədə “AzeriDefence”yə Qazaxıstanda keçirilən KADEX-2016 sərgisində təmsil olunan Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

ADEX-2016 sərgisində Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 27 şirkət SSM-in rəhbərliyi altında təmsil olunacaq. Türkiyə milli pavilyonunun sahəsi 1300 kvadratmetrdən çoxdur. Bu il də Türkiyə ADEX sərgisində ən çox şirkətlə təmsil olunan ölkə olacaq.

“Bizim Azərbaycanla hərbi texniki əməkdaşlığımızın dərin kökləri var. Bu çərçivədə mütəmadi olaraq görüşlər keçirilir. Azərbaycan müdafiə sənayesi İDEF sərgilərində təmsil olunur. Türk firmaları da ADEX sərgisində Azərbaycana öz imkan və potensiallarını, sahib olduqları yeni texnologiyaları tanıtmaq imkanı qazanacaqlar”,- deyə SSM-dən bildirilib.

Sərgidə Türkiyədən dövlət, ordu və özəl şirkətlərdən çox sayda ziyarətçinin də iştirakı gözlənilir.

ADEX-2016 sərgisində təmsil olunacaq Türkiyə şirkətləri aşağıdakılardır:

MÜSİAD, ROKETSAN, ASELSAN, “Otokar”, MKE, HAVELSAN, TUSAŞ, STM, Vestel-Ayesaş, “Onur Mühendislik”, TİSAŞ, “Seykoç Alüminyum”, “Yakupoğlu”, “Milsoft”, TÜBİTAK BİLGEM, İŞBİR, BMC, C-Tech, SDT, “Öztiryakiler”, “Simsoft”, “Spekon”, “Tekom”, “Heksagon”, Koza İnşaat və Savunma Sənaye, “Nero Industry Defense Technology”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş