Türkiyə Ordusu “Cirit”dən ilk dəfə olaraq separatçı hərbi birləşmələrə qarşı istifadə edib

Türkiyə Silahlı Qüvvələri ROKETSAN şirkətinin istehsalı olan “Cirit” lazer başlıqlı raketdən ilk dəfə olaraq separatçı terror təşkilatı mövqelərinin vurulmasında istifadə edib.

Bu barədə “AzeriDefence” Türkiyə KİV-nə istinadən məlumat verib.

Ölkənin Şırnak rayonun Küpə dağı bölgəsində terror təşkilatının müəyyənləşdirilən hədəfləri T-129 ATAK helikopterləri tərəfindən ilk dəfə “Cirit” raketi ilə atəş zərbələri ilə dəqiqliklə vurulub.

Qeyd edək ki, ROKETSAN şirkəti 70 mm çaplı lazer başlıqlı “Cirit” raketini Quru Qoşunların əməliyyat qabiliyyətini artırmaq üçün hazırlayıb. Əsasən aviasiya vasitələrinin silahlanmasında istifadə olunan adıçəkilən raket bütün platformalara inteqrasiya oluna bilir. Yüksək dəqiqliklə hədəfi vurma qabiliyyətinə sahib olan “hava-yer” tipli bu raket 8 km mənzilə sahibdir..

KATEQORIYA:
Bu xəbəri paylaş