Türkiyə Ordusu MPT-76 ilə silahlanacaq
Türkiyə Silahlı Qüvvələri MPT-76 avtomatının yeni partiyasını alınmasını sifariş verib.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, satınalmanın dəyəri 18 milyon dollardır.
Müqaviləyə əsasən, Silahlı Qüvvələrə 15014 ədəd 7,62 çaplı MPT-76 avtomat veriləcək.
Məlumatda o da qeyd edilib ki, müqavilənin 1-ci mərhələsində orduya 20000 avtomat verilib.