Türkiyə Ordusu üçün amfibiya zirehli transportyoru yaradılır – FOTOLAR

Türkiyədə amfibiya zirehli transportyorun (ZTR) yaradılması işlərinə başlanılıb.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, bu ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə reallaşacaq layihə Türkiyə Silahlı Qüvvələrinin tikintisi sona çatmaqda olan TCG Anadolu (L-408) desant gəmisinin texnika ehtiyaclarını ödəyəcək.

İlkin mərhələdə 27 ədəd amfibiya transportyoru yaradılacaq. Texnikalar silahlı qüvvələrə 2021-ci ilə qədər təhvil veriləcək.

ZTR-in ZAHA-nın bazasında yaradılacaq. Texnikanın istehsal prosesi yerli şirkət olan FNSS-də həyata keçiriləcək.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş