Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycana gəlir
Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zəki Çolakın rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Azərbaycana səfəri başlayır.
Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.
Üç günlük səfər çərçivəsində Türkiyə Quru Qoşunlarının komandanının Müdafiə Nazirliyində, Dövlət Sərhəd Xidmətində, DİN Daxili Qoşunlarında görüşləri nəzərdə tutulur.
Ordu generalının Azərbaycan Silahlı Qüvvələrinin təhsil müəssisələrinə və hərbi hissələrinə tanışlıq səfəri planlaşdırılır.
KATEQORIYA: Müdafiə