Türkiyə, Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri görüşdü

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Türkiyənin Antaliya şəhərində görüşüb.

“AzeriDefence”in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Üç ölkənin baş qərargah rəisləri arasında ilk üçtərəfli görüşdə Suriya və İraqdakı vəziyyət başda olmaqla bölgədəki təhlükəsizlik müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş