Türkiyə S-400 ZRK-ların alınması üçün Rusiya ilə danışıqlara başlayıb

Türkiyə Rusiyadan S-400 “Triumf” zenit-raket kompleksinin (ZRK) alması üçün danışıqlara başlayıb.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasınada bir müddət əvvəl əldə olunan bu razılaşmaya əsasən bu istiqamətdə müəyyən razılaşmalar əldə olunub.

İki ölkə arasında müdafiə sənayesi sektorunda da əməkdaşlıq ediləcəyinə dair də bir sıra addımların atılmasına başlanılacaq.

Qeyd edək ki, Rusiya müdafiə sənayesinin yeni məhsulu olan S-400 zenit-raket kompleksi (ZRK) artıq döyüş növbətçiliyinə qəbul edilib. Alay şəklində daimi dislokasiya yerində xidmətə başlayan S-400 Moskva və paytaxt ətrafı vilayətlərin hava hücumundan müdafiəsini həyata keçirəcək.

S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş