Türkiyə silah satışı hesabatını açıqladı: Türkmənistana MRAP maşınlar, Azərbaycana artilleriya sistemləri

Türkiyə 2016-cı ildə silah ixracına dair hesabatını açıqlayıb.

“AzeriDefence”nin məlumatına görə, Türkiyənin BMT Adi Silahlar Registrinə təqdim etdiyi silah ixracına dair illik hesabatda əsas yeri zirehli nəqliyyat vasitələri tutub.

Hesabat dövründə Türkiyə 268 ədəd zirehli maşın ixracını reallaşdırıb. Hesabat dövründə Bəhreynə 37, Küveytə 40, Mavritaniyaya 6 ədəd, Monteneqroya 1 ədəd modeli açıqlanmayan zirehli personal daşıyıcı, Tunisə 142 ədəd zirehli maşın (o cümlədən, 14 ədədi ambulans konfiqurasiyası olmaqla 71 ədəd 4×4 “Kirpi” MRAP), Türkmənistana 62 ədəd (28 ədəd “Kirpi” MRAP, 34 ədəd açıqlanmayan model personal daşıyıcı) satıb.

Bundan başqa, rəsmi Ankara 2016-cı ildə Azərbaycana 146 ədəd artilleriya sistemi, 72 ədəd uzaq mənzilli artilleriya raketi satdığını açıqlayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş