Türkiyə Silahlı Qüvvələri üçün daha 10 min ədəd MPT-76 istehsal ediləcək

Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) ilə “Sarsılmaz Silah Sanaye” şirkəti arasında Modern Piyada Tüfəngi (MPT) layihəsinə dair əlavə müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “Savunma ve Teknoloji” saytına istinadən məlumat verib.

Müqaviləyə əsasən “Sarsılmaz Silah Sanaye” şirkəti Türkiyənin Quru Qoşunları, Hərbi Dəniz və Jandarma qüvvələri üçün 10000 ədəd MPT-76 tüfəngi istehsal edəcək.

Məlumatda o da qeyd olunub ki, SSM MPT-76 tüfəngin istehsalı ilə Türkiyə Silahlı Qüvvələri ilə yanaşı dost və müttəfiq ölkələrin yüngül silah ehtiyaclarını təmin etmək məqsədi daşıyır.

Makina və Kimya Sənayesi Təşkilatı (MKE), “Kale Kalıp” və “Sarsılmaz” şirkətləri birlikdə Türkiyə Silahlı Qüvvələri üçün ümumilikdə 45 000 ədəd MPT-76 tüfəngi istesal edəcək.

7.62×51 mm çaplı avtomatın çəkisi 4.18 kq, uzunluğu açıq halda 1000 mm, bağlı vəziyyətində 900 mm, lüləsinin uzunluğu isə 406.4 mm təşkil edir.

MPT-76-nın atış tempi dəqiqədə 700 patron, darağının tutumu 20 patron və effektiv atış məsafəsi 600 metr, güllənin sürəti isə saniyədə 800 metrdir.

Silahın yığılıb açılan ayağı eyni zamanda əl dəstəyi vəzifəsini icra edir. MPT-76 aksesuarları ilə birlikdə 413 hissədən ibarətdir.

MPT-76-nın üzərindəki pikatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. cihazlar əlavə etməyə imkan verir.

KATEQORIYA:
Bu xəbəri paylaş