Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlir -EKSKLÜZİV

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın Azərbaycana səfəri planlaşdırılır.

“AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, ordu generalı H.Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri oktyabrın ilk həftəsində gerçəkləşəcək.

İki günlük səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Müdafiə Nazirliyində, Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarında, həmçinin Nazirlər Kabinetində və Milli Məclisdə görüşləri nəzərdə tutulur.

Səfər zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq, regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.

Bu H. Akarın Baş Qərargah rəisi postunda Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, H.Akar Azərbaycandan əvvəl Şimali Kiprə səfər edib.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş