Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şəmkir ordu korpusunda olub

trbqr3

trbqr4

trbqr6Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın Azərbaycana səfəri başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, bu gün general Şəmkir hərbi birləşməsinə səfər edib. Şəmkir hərbi birləşməsinin qərargahında Türkiyə nümayəndə heyətini qarşılayan korpus komandiri, general-leytenant Rövşən Əkbərov H. Akara rəhbərlik etdiyi birləşmə, habelə cəbhənin bu istiqamətindəki vəziyyət barədə məlumat verib.

Daha sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gəncə şəhərində olub.

Qeyd edək ki, bu Azərbaycana səfər etmiş Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyinin Azərbaycan Silahlı Qüvvələrinin bölgələrdəki – xüsusi ilə cəbhə xəttindəki hərbi hissələrə ikinci səfəridir. Bundan əvvəl, 2014-cü ilin noyabr ayında Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qarabağ cəbhəsində olub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş