Türkiyə Silahlı Qüvvələrinin səhra geyimində dəyişiklik edilir

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) səhra geyimi təkmilləşdirilir.

“AzeriDefence”nin “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, TSQ-nin baş qərargah rəisi Ordu Generalı Hulus Akar yeni dizayn uniformanı ilk olaraq özü geyinib.

Fərqli dizaynlı kamuflaj TSQ-də istifadə edilmək üçün yeni bir layihənin məhsulu olaraq ortaya çıxıb. Nano texnologiyalarla istehsal olunan, peyk baxışı zamanı əsgərlərin görünməsini əngəlləyən, ultrabənövşəyi şüalarından qoruyan və yuyanda normallara nisbətən 8 dəfə sürətlə quruyan parçalarla istehsal olunan kamuflyajın dizaynında yeniliklərdən biri də rütbənin daşındığı sahədədir. Yeni hazırlanan uniformada digər dəyişiklik isə Türk bayrağının sağ qolda yer almasıdır. Kamuflyajda başqa bir dəyişiklik isə kəmərin istifadəsində baş verib. Mövcud təcrübənin əksinə, yeni hazırlanan uniformada yuxarı hissə şalvarın üstünə buraxılır. Yəni kəmərsiz geyiniləcək.

Hazırda üzərində işlər gedən layihə tamamlandıqdan sonar yeni səhra geyimləri Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş