Türkiyə Şimali Kipr təhlükəsizlik qüvvələrinə MPT-76 avtomatı satacaq

Türkiyə MPT-76 avtomatını Şimali Kirpr Türk Cümhuriyyətinə (ŞKTC) ixrac edəcək edəcək.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Məlumatda qeyd olunub ki, Türkiyənin MKE şirkəti ŞKTC təhlükəsizlik qüvvələri ilə 2500 ədəd MPT-76 avtomatının alğı-satqısına dair müqavilə imzalayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi MPT-76 avtomatının ilk ixracı Somaliyə gerçəkləşdirilib. Türkiyə Somaliyə 450 ədəd MPT-76 satıb. Satış Türkiyənin Somaliyə hərbi yardımı çərçivəsində baş tutub.

KATEQORIYA:
Bu xəbəri paylaş