Türkiyə Ukrayna Silahlı Qüvvələrinə yardım edəcək

Türkiyə Ukrayna Silahlı Qüvvələrinə 5 il ərzində maddi yardım edəcək.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Türkiyədəki səfirliyindən açıqlama yayılıb.

Açıqlamada qeyd olunur ki, bununla bağlı imzalanan müqaviləyə əsasən Ukrayna Nazirlər Kabineti ilə Türkiyə Hökuməti arasında hərbi və maddi əməkdaşlıq nəzərdə tutulur.

Türkiyə Ukrayna Silahlı Qüvvələrinə hər il 3 milyon ABŞ dolları məbləğində yardım edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş