Türkiyə Ukraynaya hərbi texnika tədarük edəcək

Türkiyənin Ukrayna Ordusuna 3 milyon ABŞ dolları yardım etməsinə dair iki ölkə arasında müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ukraynanın Türkiyədəki səfiri Andrii Sybiha öz “Twitter” səhifəsində bildirib.

Səfir Andrii Sybiha qeyd edib ki, Türkiyə Ukrayna Silahlı Qüvvələrinə 5 il ərzində maddi yardım edəcək. Bununla bağlı imzalanan müqaviləyə əsasən Ukrayna ilə Türkiyə arasında hərbi və maddi əməkdaşlıq nəzərdə tutulur.

“Türkiyə Ukrayna Silahlı Qüvvələrinə hər il 3 milyon ABŞ dolları məbləğində yardım edəcək. Ukrayna Ordusuna yardım təmin edilməsi ilə bağlı Türkiyə ilə ikinci müqaviləni imzaladıq. Türkiyə Ukraynaya hərbi texnika tədarük edəcək”, – deyə Səfiri A.Sybiha vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş