Türkiyə və İndoneziyanın birgə hazırladığı MMWT tankı təqdim olunub

Türkiyənin FNSS şirkəti ilə İndoneziyanın “PT Pindad” şirkətinin hazırladığı orta ağırlıqlı tankın (Modern Medium Weight Tank – MMWT) konsepsiya dizaynı oktyabrın 2-5-də İndoneziyanın paytaxtı Cakartada keçirilən “İndo Defence 2016” sərgisində nümayişə çıxarılıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə FNSS şirkəti məlumat yayıb.

Türkiyə və İndoneziya arasında MMWT layihəsinin başlanılması üçün 2014-cü ildə müqavilə imzalanıb.

Konsepsiya dizaynın tamamlanmasıyla birlikdə MMWT-nin ilk prototiplərinin istehsal hazırlıqları başlanıb.

Əsas müharibə tankı ilə müqayisədə daha yüngül və daha kiçik ölçülərə malik olan MMWT böyük tankların hərəkət edə bilmədiyi ərazidə, eləcə də ağırlıq səbəbindən böyük tankların keçə biləcəyi körpü və digər infrastrukturların olmadığı coğrafi bölgələrdə daha əhəmiyyətlidir.

Tankın əsas fərqi müxtəlif ekoloji mühitlərdə döyüş apara bilməsi, fərqli hədəflərə qısa, orta və ya uzun məsafədən atəş açmasıdır.

MMWT ilk atışdan hədəfi dəqiq vurmağa imkan verən atış nəzarət sistemi ilə komplektləşdiriləcək. Tankın ikinci silah olaraq 7,62 mm pulemyot olacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş