Türkiyədə 1000 km məsafədə hədəfi məhv edəcək raketin yaradılmasına başlanılıb

Türkiyədə ballistik raketin yaradılması işlərinə başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlama Türkiyə Müdafiə Sənayesi Katibliyi tərəfindən yayılıb.

“Layihə B” kod adı altında başlanılan işlər çərçivəsində “Bora” ballistik raketinin yaradılması prosesinə start verilib.

“Bora” 1000 km məsafədə hədəfi məhv etmək imkanına malik olacaq.

Layihənin icrasına “Roketsan” şirkətində başlanılıb.

“Jane’s Defence Weekly”nin yazdığına görə isə “Roketsan” artıq 6 “Bora” kompleksini Türkiyə Ordusuna təhvil verib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş