Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Türkiyənin Giresun əyalətində Hərbi Hava Qüvvələrinə məxsus “Sikorsky S-70” tipli helikopter qəzaya uğrayıb.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hərbi helikopterin göyərtəsində 15 nəfər olub. Qəzaya düşənlər içərisində  Giresun əyalətinin jandarma rəisi general-mayor Mustafa Doğru da olub. Qəzada 7 nəfər dünyasını dəyişib, 8 nəfər isə yaralanıb.

Hadisədən sonra, hərbi helekopterin qəzaya uğradığı yerə xilasetmə qüvvələri cəlb olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş