Türkiyədə lazer başlıqlı bombalar silahlı qüvvələrin arsenalına daxil edilib

ASELSAN şirkətinin Türkiyə Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi lazer başlıqlı bombalar silahlı qüvvələrin inventarına daxil edilib.

Bu barədə “AzerDefence” Türkiyənin “C4 Defence” saytına istinadən məlumat verib.

Klassik MK-82 və MK-84 tipli aviasiya bombalarına inteqrasiya edilən lazer başlıq sayəsində hədəflərin yüksək dəqiqliklə vurulması mümkündür.

Qeyd edək ki, yeni nəsil lazerli yönləndirmə dəsti (LGK) ilə idarə olunan bu bombalar ağıllı döyüş sursatı hesab olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş