Türkiyədə PUA-lar üçün yeni mühərriklərin yaradılmasına başlanılıb

Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkəti (TAI) pilotsuz uçuş aparatları (PUA) üçün mühərrik yaradılması işlərinə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “twitter” səhifəsində bildirilib.

2012-ci il dekabrın 27-də Müdafiə Sənayesi Katibliyi (SSM) ilə TAİ şirkəti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən TAİ şirkəti yerli PUA-lar üçün turbodizel mühərik istehsal edəcək. TAİ-nin Mühərrik Sənayesi Zavodunda istehsal edilən mühərriklər 2019-cu ildə istismara təqdim olunacaq.

Məlumatda o da qeyd olunub ki, layihə çərçivəsində mühərriklər Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) tərəfindən uçuşa hazır və dizayn razılığı sertifakatı ilə təchiz olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş