Türkiyəli zabit və kursantlar Azərbaycan Ali Hərbi Məktəbində olublar

Türkiyənin İzmir şəhərində yerləşən Maltəpə Hərbi Liseyinin zabit və kursantlardan ibarət nümayəndə heyəti Azərbaycan Ali Hərbi Məktəbində olub.

Bu barədə “AzəriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə nümayəndə heyəti məktəbin qarşısındakı ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub.

Sonra qonaqlara hərbi məktəbin tarixinə, təlim-tədrisi prosesinə və digər fəaliyyətlərinə dair brifinq təqdim edilib.

Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olub. Qonaqlara ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib. Maltəpə Hərbi Liseyinin zabit və kursantları hərbi məktəb ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılıblar.

maltepeaahm2

maltepeaahm3

maltepeaahm4

maltepeaahm5

maltepeaahm7

KATEQORIYA:
Bu xəbəri paylaş