Türkiyənin alacağı S-400 ZRK-lərin dəyəri 2 milyardı keçib

S-400 “Triumf” zenit-raket komplekslərinin (ZRK) sifarişi üzrə Türkiyə ilə müqavilənin dəyəri 2 milyard ABŞ dollarını keçib.

“AzeriDefence”nin TASS informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov deyib.

Xarırladaq ki, Türkiyə və Rusiya arasında “S-400” zenit-raket kompleksinin alğı-satqısına dair müqavilə 2017-ci ilin sentyabrında imzalanıb.

Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildirib ki, müqavilənin icrası istiqamətində hazırlıq gedir. S-400 “Triumf” komplekslərinin çatdırılmasına iki il ərzində başlayacağı planlaşdırılır.

Qeyd edək ki, S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş