Türkiyənin ASELSAN şirkəti Qazaxıstanda yerli müəssisə ilə birgə radiorabitə avadanlıqları istehsal edəcək  

Qazaxıstanın “Kazakhstan Engineering” Dövlət Şirkətinə daxil olan KAE və Türkiyənin ASELSAN şirkətləri radiorabitə texnologiyaları məhsullarının mübadiləsi – istehsalına dair razılaşma əldə ediblər.

“AzeriDefence”nin “Kazakhstan Engineering” Dövlət Şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, istehsal olunacaq radiorabitə avadanlıqları АРС025 standartına uyğun olacaq.

Birgə fəaliyyətə dair razılaşma sənədini KAE-nin baş direktoru Tarık Ziya Kabuloğlu və ASELSAN-nın vitse-prezidenti Bayız Yavuz imzalayıblar.

Sənədin imzalanma mərasimində iştirak edən “Kazakhstan Engineering” Dövlət Şirkətinin icraçı direktoru Erlan İdrisov bildirib ki, bu istiqamət Qazaxıstanın informasiya təhlükəsizliyi baxımından çox vacibdir və təmsil etdiyi dövlət qurumu qeyd olunan adda məhsulların ölkəsində istehsalında maraqlıdır.

Razılaşmaya əsasən 4700 (daşınan, avtomobil üçün, stasionar və peyk, yaxud da tərəflər arasında rabitə yaradan xüsusi qurğu – Wi-Fi) və 4900 (ATLAS) (avtomobil üçün və peyk, yaxud da tərəflər arasında rabitə yaradan xüsusi qurğu – Wi-Fi) ailəsinə daxil olan radiostansiyalar istehsal olunacaq.

Adıçəkilən radiostansiyalar hüquq-mühafizə orqanlarının, o cümlədən yanğınsöndürmə, təcili-tibbi yardım briqadalarının və axtarış-xilasetmə qruplarının effektiv rabitə qurmasına imkan yaradacaq.

Radiostansiyalar 2017-ci ilin ilk aylarında istehsal olunaraq Qazaxıstanın dövlət qurumlarına təqdim ediləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş