Türkiyənin AWACS təyyarəsinin sınaqları tamamlanıb

Türkiyə Hava Qüvvələrinin Havadan Xəbərdarlıq və Nəzarət və (AWACS) təyyarəsinin sınaqları tamamlanıb.

“AzəriDefence”nin Türkiyə Hava Qüvvələrinin saytına istinadən verdiyi xəbərə görə, bununla da hərbi təyyarənin istifadəsinə icazə verilib.

Qeyd edək ki, təyyarəyə quraşdırılan radar sistemi hərəkət edən və hərəkətsiz yerüstü, dəniz hədəfləri, müxtəlif obyektləri, helikopterləri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsinə imkanı verir.

KATEQORIYA:
Bu xəbəri paylaş