Türkiyənin Azərbaycana yeni hərbi attaşesi təyin olunub

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub.

Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Yeni hərbi attaşe briqada generalı Zəfər Ocaqdır. O, yaxın vaxtlarda Azərbaycana gələrək vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı hərbi attaşesi briqada generalı İhsan Başbozqurd avqust ayında yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş