Türkiyənin Azərbaycandakı hərbi attaşesi ölkəsinə geri dönür

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı İhsan Başbozkurtun səlahiyyət müddəti başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, yaxın günlərdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq general İ. Başbozkurt Türkiyəyə dönəcək.

İ.Başbozkurt yaş həddi ilə bağlı əməkliyə ayrılıb.

İ. Başbozkurtun yerinə təyinatla bağlı məlumat yoxdur.

Briqada generalı İ. Başbozkurt Ali Hərbi Şuranın (YAŞ) 2015-ci ildə qərarı ilə Azərbaycana hərbi attaşe təyin olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş