Türkiyənin “Ejder Yalçın” zirehli transportyoru – FOTOLAR

Türkiyə prezidentinin təhlükəsizliyinin təmin olunmasında yer alan zirehli maşın 

Türkiyənin “Nurol Makina və Sanayi” şirkəti tərəfindən yaradılan “Ejder Yalçın” zirehli transportyoru Abu Dabidə (BƏƏ) keçirilən İDEX -2017 müdafiə sərgisində ilk dəfə təqdim olunub.

“AzeriDefence”nin məlumatına görə, 4×4 təkər formuluna malik zirehli maşın (TTZA) çətin ərazi şərtlərində hərəkət imkanına sahibdir.

Şimali Afrika ölkəsinin səhra şərtlərində bütün test sınaqlarından uğurla keçən “Ejder Yalçın” maşınları ilk dəfə Orta Şərq bazarında tanıdılır. “Ejder Yalçın” maşınların 250 ədədi hazırda Türkiyə təhlükəsizlik qüvvələrinin arsenalında yer alır.

Bu zirehli maşınların böyük bir qismi kritik bölgələrdə əməliyyatlarda istifadə olunur. “Ejder Yalçın” mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı yüksək qorumanı təmin edir. Transportyorun təchizatları real döyüş vəziyyətində də sınaqda keçib.

“Nurol Makina və Sanayi” şirkətinin baş direktoru Engin Aykol “Ejder Yalçın”ın təqdim etdiyi qoruma səviyyəsini belə izah edib:

“Təcrübələrimiz bizə nəzəriyyədən kənar həqiqətlər olduğunu göstərdi. Zirehli maşınlara qarşı tədbiq olunan əldə hazırlanan partlayıcılarda istifadə edilən materialın müqabilinda bir üstünlüyün olmadığını görürsünüz. Buna görə, maşınımızı standartlardan da üstün bir qoruma ilə təqdim edirik”.

Ölkə rəhbərlərinin qorunmasında da istifadə olunan “Ejder Yalçın” transportyoru, Türkiyə prezidentinin təhlükəsizliyinin təmin olunmasında yer alır.

Zirehli maşının ən önəmli üstünlüklərində biri də 360 dərəcədə gələn təhdidlərə qarşı qorumanı təmin etməsidir.

Engin Aykol sərgidə iştirakları ilə bağlı bildirib ki, bura böyük bir əməliyyat təcrübəsi olan, özünü isbat etmiş bir transportyorla gəliblər:

“Məqsədimiz ölkə daxilində qazanmış olduğumuz etimadı xaricdə də davam etdirməkdir. “Nurol Makina və Sanayi” şirkəti olaraq “Ejdər Yalçın”a ehtiyacı olan dost və müttəfiq ölkələrin xidmətinə təqdim etməyə hazırıq. Bunun üçün hər çür əməkdaşlığa hazır olduğumuzu bildirmək istəyirəm”.

“Ejder Yalçın” zirehli maşının adam tutumu 11 nəfərə qədər, döyüş ağırlığı 14 ton, əlavə yük daşıma tutumu 4 ton təşkil edir.

375 BG mühərrikinə malik maşının gediş ehtiyyatı 700 km təşkil edir. 7,75 metr dönüş radiusu olan zirehli maşın 60 faiz bucaq altında maili yüksəkliyə qalxmağı, 30 dərəcə bucaq altında isə yan maili enməyi bacarır.

“Ejder Yalçın”ın xəndək keçidi 1,1 metr, dik maneə keçidi 0,5 metr, sudan keçidi isə 1,1 metr təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş