Türkiyənin elektromaqnit topu sərgiyə çıxarıldı- FOTOLAR

Türkiyənin TÜBİTAK Mərkəzi tərəfindən yaradılmış SAPAN adlı elektromaqnit top ictimaiyyətə təqdim olunub.

“AzerDefence”nin məlumatına görə, İstanbulda keçirilən “High Tech Port-2016”  sərgisində topun eksperimental nümunəsi və onun üçün hazırlanmış xüsusi döyüş sursatı ictimaiyyətə sərgilənib.

Topun atışında elektromaqnit texnologiyasından istifadə olunduğunu deyən TÜBİTAK mütəxəssisləri mərminin supersonik sürətə yetişdiyini bildiriblər.

“Sapan”ın digər texniki xüsusiyyətləri barədə məlumat verilməyib.

Hazırda testlərdən əldə olunan nəticələrə əsasən silahın təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

elektro (1)


elektro (3)

elektro (2)

KATEQORIYA:
Bu xəbəri paylaş